Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin 11-ci turunun oyunları keçirilib.
Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin komandaları qarşılaşıblar. Oyun 7-0 hesabı ilə Nazirliyin komandasının xeyrinə başa çatıb.