17.07.2024

Gənclərə erkən nikah və qohumlar arası nikahın mənfi nəticələri izah edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə öyrənən 14-18 yaş arası gənclərə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd, aktual problemə çevrilən erkən nikah və qohumlar arasında nikahın yaratdığı fəsadlarla bağlı gəncləri maarifləndirmək və bu cür halların baş verməsinin qarşısını almaq, həmçinin, gənclərin nikahla bağlı fikirlərinin düzgün formalaşmasına dəstək olmaqdır. 

Təlimdə erkən nikah və qohumlararası nikah anlayışı, onun hüquqi və ictimai tərəfləri, səbəbləri, əhatə dairəsi, qurbanları, fəsadları haqqında məlumatlar verilib. 

Gənclər işçi qruplara bölünərək mövzu üzrə təqdimatlar hazırlayıb, çıxışlar ediblər.

Daha sonra, iştirakçıların psixoemosional vəziyyətinin və gələcəklə bağlı olan düşüncələrini öyrənilməsi məqsədilə psixoloji test aparılıb.
Sonda suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.