04.12.2024

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində onlayn görüş keçirilib

Bu kampaniya çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialları üçün təlim təşkil edilib.

Onlayn təlimdə məişət zorakılığı, onun növləri, mərhələləri və məişət zorakılığı ilə bağlı müraciətlərin qiymətləndirilməsi qaydaları haqqında məlumatlar verilib.