Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mil-Muğan regional filialı tərəfindən günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib. Sabirabad günərzi qayğı mərkəzinin benefisiarlarının qatıldığı tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilib.
Ekskursiya çərçivəsində uşaqlar Kür və Araz çaylarının qovuşduğu təbii guşə ilə tanış olublar. Burada yerləşən istirahət məkanında xoş vaxt keçiriblər.
Tədbir zamanı iştirakçıların əylənməsi məqsədilə müxtəlif maraqlı tədbirlər təşkil edilib. Eləcə də, uşaqlar rəqs nümunələri və şeirlər ifa ediblər.
Tədbir həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədi daşıyıb.