07.08.2023

Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib.

Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində SosialXidmətlərAgentliyinin sosial sifarişi əsasında Qobustan rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib.

Xüsusi qayğıya ehtiyacı olan 30 azyaşlı istirahət mərkəzlərinə aparılıb, onlar üçün piknik, əyləncəli və inkişafetdirici oyunlar təşkil olunub.

Agentliyin sifarişi ilə icra olunan günərzi qayğı mərkəzlərində uşaqların ailə mühitindən ayrı qalmalarının qarşının alınması, onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi zərurətinin minimuma endirilməsi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə korreksiya, abilitasiya və reabilitasiya xidmətlərinin təşkili istiqamətində yarımstasionar formada sosial xidmətlər göstərilir.