Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində “İnsan hüquqları aylığı”na həsr edilən tədbir keçirilib.
“Hüquqlarım qədər AZADAM” adlı maarifləndirici seminarda müəssisənin kollektivi və sakinləri iştirak edib.
Çıxışlarda insan hüquqları, mövcud prinsiplər, bu sahədə ölkəmizdə qəbul edilən qanunlar və həyata keçirilən dövlət siyasətindən danışılıb.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.