28.08.2024

“Himayədar ailə institutunun hədəfləri” mövzusunda ictimai dinləmə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ictimai dinləmə keçirilib. 

“Himayədar ailə institutunun hədəfləri” mövzusuna həsr edilən görüşdə rayon rəsmiləri ilə yanaşı, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. 

Bildirilib ki, ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi prioritet sahələrdəndir. 

İştirakçılara “Himayədar ailə” qayğı modelinin mahiyyəti, inkişaf hədəfləri və üstünlükləri barədə ətraflı məlumat verilib. 

Sonra uşaqların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı müzakirələr aparılıb, bu kimi halların yolverilməzliyi diqqətə çatdırılıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.