Himayədar ailə olmaq istəyən şəxs onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslərlə birlikdə ilk növbədə notariat orqanına müraciət edərək himayədar ailə olmaqla bağlı notarial ərizə almalıdır.
Notarial qaydada təsdiq edilən ərizə əldə edildikdən sonra “ASAN Login” vasitəsilə Nazirliyin
“e-sosial.az” internet portalında şəxsi kabinet yaradılaraq “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndə qeydiyyatdan keçməklə notarial ərizəni təsdiq edərək müraciət etmək mümkündür.