Himayədar ailə qayğı modeli - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti olaraq ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir.
Məqsəd valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb tərbiyə almasının təmin edilməsidir.