04.06.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Yardımlı rayonunda Vətəndaş qəbulu keçiriləcək

İyun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun Yardımlı rayonunda Vətəndaş qəbulu keçiriləcək.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar iyunun 12-dək  (012) 525-41-30 (daxili 5625, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.