07.12.2023

İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş

Prezident İlham Əliyev Qarabağda erməni sakinlər üçün yaradılan şəraitdən danışıb : “Elektron portalımız fəaliyyət göstərir. Artıq bir neçə Qarabağ ermənisindən müraciət daxil olub. Onların bəziləri orada qalıb yaşamağa üstünlük verir. Biz Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrini təyin etmişik ki, orada rahatlığını təmin edə bilməyənlərə yardım göstərsinlər. Çünki bu gün həmin ərazidə sosial agentlik tərəfindən müdafiəyə ehtiyac var – qida, istilik və yaşayış üçün digər şəraitlə təmin olunmaq lazımdır. Deyə bilərəm ki, qalanların sayı çox deyil. Lakin qalanların qeydinə qalınır. Qayıtmaq istəyənlər isə sizə artıq məlumat verdiyim mexanizmdən istifadə edə bilərlər.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum.

https://president.az/az/articles/view/62400