Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi təşkilatçılığı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beyləqan rayon Dünyamalılar kənd Ə.Rzayev adına 2 nömrəli tam orta məktəbində “İnsan alverinin qurbanı olan uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq təşkil edilən tədbirdə məktəbin şagirdləri və müəllimləri iştirak edib.
Tədbirdə iştirakçılara İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və burada göstərilən xidmətlər, mərkəzin insan alveri və potensial insan alveri qurbanları ilə apardığı sosial reabilitasiya, eləcə də cəmiyyətə reinteqrasiyasına və normal həyat tərzinə qaytarılması işləri haqqında məlumat verilib. Zərərçəkmişlərin travma nəticəsində pozulmuş psixoloji durumları və onlara göstərilən psixoloji yardım xidməti barədə ətraflı danışılıb.
Tədbirin sonunda şagirdlərlə müvafiq mövzuya dair müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.