Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin nümayəndələrinin də iştirak etdiyi tədbir Bakı Biznes Universiteti tərəfindən təşkil edilib. Görüşdə universitetin müəllim və tələbə kollektivi ilə yanaşı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər.
Tədbir iştirakçıları insan alverinə qarşı mübarizənin əhəmiyyəti barədə məlumatlandırılıb və sosial işçilərin bu sahədəki rolu müzakirə edilib. Görüşdə həmçinin tələbələrin insan alveri qurbanları ilə sosial iş sahəsindəki fəaliyyətləri və maarifləndirmə işləri barədə məlumat verilib.
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti, insan alveri qurbanlarının reabilitasiya prosesi barədə və insan alveri sahəsində görülən işlər haqqında danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.