Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə maarifləndirmə görüşü keçirilib.
Tədbir zamanı insan alverinin qurbanlarına hüquqi və sosial yardımlar, insan alverinə qarşı mübarizə yolları və insan alverinin qarşısını almaq üçün effektiv strategiyalar kimi mövzular müzakirə edilib.
Çıxışlarda həmçinin insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunmasından danışılıb, bu kimi hallarla qarşılaşmamaq üçün diqqət edilməli məqamlar barədə məlumatlar verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.