İnsan Alverinə Qarşı Mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının tələblərinə uyğun olaraq keçirilən tədbirlər davam etdirilir. Növbəti belə tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Mingəcevir Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
“Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda keçirilən görüşdə rəsmi şəxslər, şəhər məktəblərinin psixoloqları və şagirdlər iştirak ediblər.
İştirakçılara İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti, burada göstərilən xidmətlər, insan alveri qurbanları ilə aparılan sosial reabilitasiya işləri barədə məlumat verilib.
Çıxışlarda insan alveri ilə mübarizə üsullarından və bu sahədə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edilib.
Sonda mövzuya dair geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.