25.06.2024

“İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reablitasiyası Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib. 

Tədbirin məqsədi əlilliyi olan şəxslərin hüquqları, onların abilitasiyası, sosial inteqrasiyası və peşə-əmək reabilitasiyası sahəsində əldə olunan uğurların təbliği, eləcə də mövzunun aktuallığına diqqət çəkməkdir. 

“İnsan hüquq və azadlıqlarının dövlət təminatı” adlı tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva mövzu ətrafında  çıxış edib. 

Mərkəzin əməkdaşları, mərkəzdə təcrübə keçən tələbələr və peşə öyrənən əlilliyi olan şəxslərin iştirak etdiyi görüşdə “İnsan hüquqları aylığı”nın mahiyyəti və ölkəmizdə bu sahədə atılan addımlardan danışılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.