03.06.2024

İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində xidmət göstərilən uşaqların valideynləri üçün təlimlər keçirilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron, Sabunçu və Nərimanov İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində xidmət göstərilən uşaqların valideynləri üçün təlimlər təşkil edilib. 
Təlim “Ailədaxili zorakılığın uşaq psixologiyasına təsiri” mövzusuna həsr edilib. 
Görüşün məqsədi ailənin cəmiyyətdəki roluna, mübahisə yaradan amillər və onların həll yollarına, həmçinin zorakılığın uşaqların psixoloji vəziyyətinə göstərdiyi mənfi təsirlərə diqqət çəkməkdir. 
Agentliyin psixoloqları ailədaxili şiddətin uşaqlarda yaratdığı qorxu, stress, narahatçılıq, aqressiya, somatik problemlər və s. kimi hallarla bağlı təqdimatlarla çıxış ediblər. 
İnteraktiv şəkildə keçirilən təlimlərdə valideynlər fikir və təcrübələrini bölüşüblər.