03.07.2023

İyulun 14-də Vüqar Behbudov Xaçmaz şəhərində vətəndaş qəbulu keçirəcək.

İyulun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Xaçmaz şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbulda Xaçmaz ilə yanaşı Siyəzən və Şabran sakinləri də iştirak edə bilərlər.

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətlər cavablandırılacaq.

Müraciət etmək istəyən vətəndaşlar iyulun 12-dək  (012) 525-41-30 (daxili 5614, 5043) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.