02.11.2023

Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. 

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində təşkil edilən görüşün məqsədi vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsidir. 

Agentliyin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri və həyata keçirilən sosial layihələr barədə məlumat verib. 

Agentliyin fəaliyyətində şəffaflığın təmin edilməsi, göstərilən sosial xidmətlərə vətəndaşların əlçatanlığının maksimuma çatdırılması məqsədilə xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. 

Vətəndaş cəmiyyəti institutlarının rəhbərləri korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə əməkdaşlığın vacibliyinə diqqət çəkiblər. 

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri müzakirə edilib.