Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Lənkəranda 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların valideynləri üçün maarifləndirici tədbir keçirilib.
Görüşdə iştirakçılara Agentlik tərəfindən bu kateqoriyadan olan uşaqlara göstərilən stasionar və yarım stasionar xidmətlər, onlarla aparılan sosial iş və sosial reabilitasiya tədbirləri barədə məlumatlar verilib.
Həmçinin tədbirdə Sosial Xidmətlər Agentliyinin sifarişləri əsasında həssas əhali qruplarından olan şəxslər üçün hazırlanan mobil tətbiqlər ("Autizmders", "Övladını tanı", "Danışan kitab", "Serebralders" və b.) barədə ətraflı məlumat verilib.
Valideynlərə sosial reabilitasiyanın uşaqların həyatında rolu, bu sahədə onların hüquqları haqqında biliklər aşılanıb, lazımi istiqamətlər verilib.
Sonda valideynlərin sualları cavablandırılıb.