Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin, Masallı rayon Ağsaqqallar Şurasının nümayəndələri, eləcə də Agentliyin Lənkəran-Astara regional filialı tərəfindən evdə sosial-məişət xidməti göstərilən tənha ahıllar və digər şəxslər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin idarəçilik keyfiyyətləri, liderliyi və uzaqgörən siyasəti xalqımızı çətin günlərdən xilas edərək işıqlı gələcəyə apardı. Bu uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan bir dövlət kimi dirçəldi, müstəqilliyimiz, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən qurtuldu. Ulu Öndərin apardığı uğurlu siyasət əhalinin sosial rifahının yüksəlməsinə də ciddi təkan verdi.
Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-sərgi ilə tanış olublar.