Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə əməkdaşlıq çərçivəsində 14 saylı Cəzaçəkmə Müəssisəsində növbəti görüş keçirib.
Görüşdə sosial xidmətə ehtiyacı olan şəxslərin, habelə cəza çəkməkdən azad olan şəxslərin sosial reabilitasiyası və adaptasiyası sahəsində aparılan işlər barədə məlumat verilib.
Məhkumluqdan azad olunmasına üç ay qalmış daha 30 nəfərin anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Həmin şəxslər məhkumluqdan azad olunduqdan sonra onların sosial reabilitasiya və adaptasiya xidmətlərinə cəlb edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu il 131 nəfər məhkumun anket sorğusu əsasında qiymətləndirilməsi aparılıb. Onlardan məhkumluqdan artıq azad edilmiş şəxslərin sosial reabilitasiyası və adaptasiyası istiqamətində işlər aparılır.