Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Görüşün məqsədi şöbədə sosial xidmətlərə cəlb edilən uşaqların hüquqları və vəzifələri ilə bağlı məlumatlandırmanı artırmaq, gənc nəslin savadlılığına töhvə verməkdir.
Çıxışlarda uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti və görülmüş işlərdən danışılıb, mövcud qanunvericilikdən nümunələr göstərilib.
Qeyd edək ki, reabilitasiya şöbəsinə qəbul olunan şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür.
Burada sakinlərin yaşayışı, sosial-reabilitasiya tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb.