Nazir Anar Əliyev DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin Naxçıvan MR-i də əhatə etdiyini diqqətə çatdırıb. Həmçinin muxtar respublikanın bütün rayon mərkəzlərində DOST filiallarının yaradılmasının da nəzərdə tutulduğunu, bununla bağlı layihələndirmə işlərinin artıq yekunlaşdığını qeyd edib.