28.11.2024

Nazir müavini Hidayət Abdullayev Göyçay rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev noyabrın 28-də Göyçay rayonunda sakinləri qəbul edib.

Müraciət edənlər sırasında müharibə veteranları da olub.

H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
 
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.