05.06.2024

Nazir müavini Hidayət Abdullayev Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev iyunun 14-də Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 05 - 11 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.