27.01.2024

Nazir müavini Hidayət Abdullayev Xaçmaz rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Xaçmaz  rayonunda Xaçmaz  və Quba rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların sosial təminat, məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əlillik, mənzillə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir vətəndaş müraciəti fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Bir sıra müraciətlər sorğu xarakterli olub və qanunvericiliyə uyğun izahatlar verilib.

Vətəndaşlar müraciətləri əsasında reabilitasiya xidmətlərinə, aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.