03.05.2024

Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən uşaqlar üçün art-studioda görüş təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzində xidmət göstərilən uşaqlar üçün art-studioda görüş təşkil edilib. 

Görüşün məqsədi həssas əhali qruplarından olan uşaqların sosial inklüziyasına dəstək göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkilidir. 

Abşeron İxtisaslaşmış Sosial Xidmət Mərkəzində reabilitasiya proqramına cəlb olunan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar “Duyğuların rənglərlə ifadəsi” adlı görüşdə böyük həvəslə iştirak ediblər. 

Tədbir Uşaq İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən İnklüziv Art Studioda keçirilib. 

Xalçaçı-rəssam Fuad Musayev qonaqları studiya ilə tanış edib, uşaqların düşüncələrini və hislərini kəşf etmələrinə kömək edən art-terapiya üzrə master-klas keçib. Azyaşlılar yaradıcı materiallar və üsullardan istifadə edərək yağlı boya ilə kətan üzərində rəsm çəkmək bacarıqlarını yoxlayıblar. 

Rəsmlə məşğul olmaq uşaqlarda öz hislərini ifadə etmək, sosial bacarıqları inkişaf etdirmək, çətin emosiyaları idarə etmək, özlərini daha yaxşı başa düşmək, həmçinin əl-göz koordinasiyası, kiçik və böyük motor bacarıqlarını inkişaf etdirir.