Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçuda yerləşən İxtisaslaşmış Sosial Xidmət Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
“Səməni” adlı maarifləndirici tədbirdə sosial xidmət mərkəzində reabilitasiyaya cəlb edilən uşaqlar və onların valideynləri iştirak ediblər.
Qrup məşğələsi formasında təşkil edilən tədbirdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 12 uşaq öz bacarıqlarını nümayiş etdiriblər.
Art terapiya modulunda uşaqlar Novruz ənənələrinə uyğun olaraq bayram atributlarını özündə əks etdirən nümunələr hazırlayıblar.
Tədbirin sonunda uşaqlar şeir və rəqs nümunələri ilə çıxış ediblər.