Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin Odlar Yurdu Universitetinin nəzdində Odlar Yurdu Kollecində maarifləndirici tədbir keçirilib.
“İnsan alverinin qurbanı olan uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi” mövzusuna həsr olunan görüşdə Kollecin müəllim-şagird kollektivi iştirak edib.
Əvvəlcə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Sonra insan alveri mövhumu, onun mahiyyəti və formalarından danışılıb.
Sonda mövzuya dair müzakirə aparılıb suallar cavablandırılıb.