Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 6 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən qarşılanaraq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Onlardan 4-ü uşaq, 1-i kişi, 1-i isə qadındır.
Agentliyin sosial işçi və psixoloqu tərəfindən 6 nəfər repatriantın hər biri ilə bağlı sosial-psixoloji qiymətləndirmə aparılıb. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq sosial reabilitasiya tədbirlərinə başlanıb.
Repatriantlar müəssisədə sosial-reabilitasiya xidmətləri ilə təmin edildikdən sonra qohumlarına təhvil veriləcək.
Sosial-reabilitasiya və reinteqrasiya tədbirləri şəxslərin yaşadıqları ərazi üzrə Sosial Xidmətlər Agentliyinin müvafiq regional filialları tərəfindən digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdiriləcək.
Sosial Xidmətlər Agentliyi son illərdə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 550-dən çox şəxs sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə əhatə olunub.