Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər və evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxslər üçün ekskursiya təşkil edilib.
Biləsuvar rayonunda yerləşən pambıq zavoduna və pambıq yetişdirilən sahələrə təşkil edilən ekskursiyada 15-ə yaxın şəxs iştirak edib.
Səfər zamanı iştirakçılar zavodun iş prinsipi, sahələrdə pambığın yığılması, yığılan pambığın zavoda təhvil verilməsi və emal prosesi ilə tanış olublar.
Tədbir xüsusi qayğıya ehtiyacı olan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların psixoloji və emosional inkişafına dəstək məqsədi daşıyır.
Sonra ekskursiyanın ahıl iştirakçıları digər iştirakçılarla pambığın yığılması barədə təəssüratlarını bölüşüblər.