01.08.2024

Peşə-Əmək Reabilitasiya Mərkəzində hazırda 160-dək əlilliyi olan gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində hazırda 160-dək gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir.
 
Onlardan 112-si müxtəlif peşələr üzrə hazırlıq kurslarında bilik və bacarıqlara yiyələnir, 50-yə yaxın şəxs isə sosial reabilitasiya xidmətlərinə cəlb olunub.
 
Ümumilikdə bu il əlilliyi olan 333, ümumən ötən dövrdə 3268 gənc Peşə-Əmək Reabilitasiya Mərkəzində xidmətlərdən yararlanıb. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar. 
 
Burada peşə və sosial reabilitasiya xidmətlərinə cəlb edilmiş gənclər digər ölkələrdəki müvafiq peşə dərnəklərinə və təcrübə proqramlarına da göndərilirlər. Cari ildə də Mərkəzdən 20-dək gənc bu proqramlara cəlb edilib.