07.08.2024

Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefesiarlarının Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 20-yə yaxın benefesiarının Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil olunub.

Muzeyin əməkdaşları tərəfindən gənclərə ölkəmizin bu böyük mədəniyyət ocağının tarixi, fəaliyyəti və nümayiş olunan qiymətli eksponatları haqqında dolğun məlumatlar verilib.

Gənclər muzeyin daimi ekspozisiyalarını böyük maraqla izləyiblər.

Qeyd edək ki, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 160-dək gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilir. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana və yeməklə də təmin olunurlar.