Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri Çexiyada görmə məhdudiyyətli şəxslər üçün keçirilmiş inklüziv təlimlərdə iştirak edib.
Erasmus+ TC Proqramı çərçivəsində baş tutan təlimlərdə Mərkəzin yetirmələri, gözdən əlilliyi olan şəxslər Xanoğlan Sadıqov və Əlirza Məmmədov öz peşə və bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.
Layihə Sosial Xidmətlər Agentliyi və “Sağlam Düşüncə” Gənclər Təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilib.
Bundan bir qədər əvvəl Mərkəzin iki yetirməsi də Türkiyədə keçirilən təlimlərdə iştirak edib.