05.06.2025

Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı kurslarını başa vurmuş gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılıb. 

Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin iştirak etdiyi tədbirdə ümumilikdə 30 nəfər qiymətləndirilib. 

Əlilliyi olan gənclər “Kompüter istifadəçisi”, “Kişi bərbəri”, “Qadın bərbəri”, “Aşpaz köməkçisi”, “Montajçı operator”, “Manikür”, “Dərzilik”, “Rəssamlıq”, “Xalçaçılıq”, “Dulusçuluq” və “Bədii oyma” peşələri üzrə öyrəndiklərini nümayiş etidiriblər. 

İmtahan komissiyasının rəyinə əsasən, kursu müvəffəqiyyətlə başa vurduqlarına görə 14 nəfərə müvafiq peşə üzrə, 16 nəfərə isə ilkin peşə vərdişi qazandıqlarına və özünəxidmət bacarıqları əldə etdiklərinə görə müvafiq şəhadətnamələr təqdim edilib.