30.12.2023

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Dövlət başçısı həmin Qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda Qanunun müvafiq maddəsində sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi və s. barədə qərarların verilməsi üçün yekun tibbi müayinəni aparan orqan (qurum) dedikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzərdə tutulduğu qeyd olunur. Nazirliyə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni qanundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmələri tapşırılır.

https://president.az/az/articles/view/62961
https://president.az/az/articles/view/62962