Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şəki-Zaqatala Regional filialı tərəfindən "Uşaq hüquqları və onların hüquqlarının müdafiəsi” mövzusunda görüş keçirilib.
Qax rayonunda yerləşən 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin müəllim heyəti, valideynlər, eləcə də 8,9 və 10-cu sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda “Uşaq hüquqları” aylığının mahiyyəti və ölkəmizdə bu sahədə görülən işlərdən danışılıb.
Sonra iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.