05.12.2024

Reinteqrasiya tədbirləri ilə 653 uşağın müəssisələrdən ailələrinə qayıdışı təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində ötən dövrdə 653 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışı təmin olunub.

Uşaqların həmin müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. 

Qeyd olunan işlərin nəticəsi olaraq 536 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.