15.10.2024

Reinteqrasiya tədbirləri nəticəsində son 4 ildə 632 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindəki uşaqların ailələrinə qayıdışı üçün reinteqrasiya tədbirlərinə xüsusi önəm verir.

Agentlik fəaliyyətə başladığı vaxtdan ötən 4 ildə həyata keçirilən reinteqrasiya tədbirləri nəticəsində 632 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

Onlardan 274-ü qız, 358-i oğlandır. 

Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. 

Qeyd olunan dövrdə 500-dən çox uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.