27.01.2024

Reinteqrasiya tədbirləri nəticəsində son bir ildə daha 197 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə qayıdışı, onların ailə mühitində böyüməsi üçün hüquqi, sosial, tibbi-psixoloji və s. dəstək tədbirlərini davam etdirir.

Reinteqrasiya yönümlü bu tədbirlər nəticəsində ötən il daha 197 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.

Ümumilikdə son dörd ildə 448 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.