Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə Sabirabad rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinə cəlb olunmuş uşaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə tədbir təşkil edilib.
Mərkəzin xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün tədbir çərçivəsində Sabirabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.
Ekskursiya zamanı uşaqlara Mərkəz haqqında ətraflı məlumat verilib, onlar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolarla tanış ediliblər.
Sonra Ulu Öndərin müxtəlif zamanlarda uşaqlarla görüşündən hazırlanmış film nümayiş etdirilib.
Sonda azyaşlılar üçün açıq havada əyləncəli tədbir təşkil edilib.