21.10.2024

Şamaxı rayonunda narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirmə görüşü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən "Narkomaniya sağlam gəncliyə təhlükədir!" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.  

Şamaxı rayonunun Şəhriyar qəsəbə tam orta məktəbində təşkil edilən tədbirdə məktəbin müəllim heyəti, məktəb psixoloqları, eləcə də 9-11-ci sinif şagirdləri iştirak ediblər. 

Tədbir zamanı Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialının əməkdaşları Agentliyin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, təhsildə sosial iş xidməti, narkotik asılılığı və onunla mübarizə yolları mövzularında təqdimatlar ediblər. 
Sonda şagirdlərin fikirləri dinlənilib və onlara bu istiqamətdə tövsiyələr verilib.