22.12.2023

Şamaxıda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

                                Rayonda yaradılmış sosial müəssisənin fəaliyyəti ilə tanışlıq olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılan sosial müəssisənin fəaliyyəti ilə tanış olub.

Burada yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən çoxuşaqlı anaların məşğulluğunun təmin edilməsi məqsədilə yaradılmış şəraitə baxıb. Hazırda müəssisədə bu kateqoriyadan olan 16 nəfərin məşğulluğu təmin olunub, o cümlədən 10 nəfər özünüməşğulluq proqramı çərçivəsində dərzi fəaliyyəti göstərir.

Daha sonra özünüməşğulluq proqramı çərçivəsində Şamaxı şəhər sakinləri İnsanova İradə və Xəlilova Mahizər üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib.

İ.İnsanova kiçik dərzi sexi, M.Xəlilova isə qadın gözəllik salonu xidməti üzrə aktivlərlə təmin olunublar. Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.

Onlar kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.