21.03.2024

18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirləri təşkil edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Novruz şənlikləri təşkil edilir.

Bakı şəhəri, Abşeron, Gəncə, Qazax rayonlarında yaşayan bu kateqoriyadan olan şəxslərin cəlb olunduğu bayram tədbirlərində Novruz adət-ənənələri nümayiş olunub. Şeir, musiqi və rəqs nümunələri, əyləncəli proqramlar maraqla qarşılanıb.

Novruzun simvolu sayılan kosa və keçəl, eləcə də nağıl və cizgi filmi qəhrəmanları öz çıxışları ilə iştirakçıları sevindirib.

Bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən bayram tədbirlərinin Sumqayıt, Qusar, Zaqatala, Göyçay və Sabirabad da daxil olmaqla ümumilikdə 20-yə yaxın şəhər və rayonda təşkil edilməsi nəzərdə tutulub.