Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bir qrup şəhid övladının Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Ziyarət zamanı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov da 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları ilə birgə olub.
Uşaqlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış edilib.
Ekskursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini əks etdirən sərgi ilə də tanış olublar.