Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur İbrahimov Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri şəhid Əli Məmmədzadənin ailəsini ziyarət edib.
Könüllü olaraq müharibəyə qatılan Əli Məmmədzadə 7 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.
Şəhidin ailəsi Nazirlik tərəfindən mənzillə təmin edilib, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.
Görüş zamanı şəhidimizin vətənpərvərliyindən, göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimiz kimi, Əli Məmmədzadənin də xatirəsinin daim əziz tutulacağı vurğulanıb. Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.