27.09.2024

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin kollektivi Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, bizə Şanlı Zəfəri yaşadanları qürurla anırıq!

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd edilir.