Azərbaycan Milli Ordusunun Quru Qoşunlarının əsgəri, Vətən müharibəsi əlili Fədail Şahbaba oğlu Babaverdiyev 1992-ci ildə Qobustan rayonunun Şıxzərli kəndində anadan olub. 2010-2012-ci illərdə Salyan rayonunda həqiqi hərbi xidmətdə olub.
Azərbaycanın Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli və Qubadlı rayonlarının, həmçinin Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 2020-ci ilin noyabr ayının 4-də Şuşa şəhəri istiqamətində ağır yaralanıb.
Fədail Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən müharibəsi iştirakçısı", “Cəsur döyüşçü”, "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Üç övladı olan qəhrəmanımız Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksindən üçotaqlı, tam təmirli mənzillə təmin olunub.