Azərbaycan Milli Ordusunun Quru Qoşunlarının giziri, Vətən müharibəsi əlili Möhnət Tamif oğlu Səmədov 1989-cu ildə Astara rayonunda anadan olub.
44 günlük Vətən müharibəsində Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətlərində gedən qızğın döyüşlərdə iştirak edib. Qəhrəmanımız 2020-ci ilin oktyabr ayının 30-da həmin döyüşlər zamanı ağır yaralanıb.
Möhnət Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olumasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Üç övladı olan Möhnət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində tam təmirli mənzillə təmin olunub